Ümumrusiya Azərbaycanlılar Konqresinin Kalininqrad regional bölməsinin sədri Tofiq Rzayevdən
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiyanın Kalininqrad vilayətinin Azərbaycan diasporu adından və şəxsən öz adımdan təbrik edirəm.
Bu seçkilər xalqımızın növbəti uğuru oldu.
Hörmətli cənab Prezident, Sizə ali dövləti vəzifənizdə xalqlarımızın və dövlətlərimizin gələcək inkişafı naminə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Tofiq Rzayev
Ümumrusiya Azərbaycanlılar Konqresinin
Kalininqrad regional bölməsinin sədri