UNICEF-in təşkilatçılığı ilə Naxçıvanda yeni layihəyə start verilib
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-dan UNICEF-in təşkilatçılığı ilə Naxçıvanda “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsinə start verilib. Layihə dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası çərçivəsində reallaşdırılır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihənin məqsədi uşaqların zorakılıqdan müdafiəsi, çətin həyat şəraitində olan uşaqların erkən aşkarlanması və müvafiq psixo-sosial dəstəyin təmin edilməsidir. Bu məqsədlə ilk mərhələdə məktəblərin pedaqoji heyətinə, sinif rəhbərlərinə, uşaqlara və valideynlərə müvafiq olaraq təlimlərin keçirilməsi və məlumatlandırılması nəzərdə tutulur.
Bu gün layihə çərçivəsində ilk olaraq Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlimlər keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:55]
Lənkəranda ağacəkmə aksiyası
- 06.06.2026 [19:26]
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
- 06.06.2026 [17:58]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [16:31]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [15:20]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]