“UniLab” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub
Bakı, 1 iyun, AZƏRTAC
Xəzər Universitetinin tərəfdaşı olduğu “Erasmus+ UniLab” layihəsi çərçivəsində silsilə görüşlər keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu silsilədən olan növbəti görüşdə “Mövcud və yeni universitet-biznes əməkdaşlığını inkişaf etdirmək üçün strateji plan” müzakirə edilib. Tədbir “MS Teams” proqramı vasitəsilə təşkil olunub.
Qeyd edək ki, “UniLab” layihəsi müəssisə və ali məktəblər arasında tərəfdaşlığın genişləndirilməsi üçün cəmiyyətdə ali sektorun modernləşdirilməsinə töhfə vermək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]