MƏDƏNİYYƏT
Uşaq və yeniyetmələr üçün ustad dərsi keçiriləcək
Bakı, 19 may, AZƏRTAC
Bakı Küçə Fotoqrafiyası Festivalı uşaqları və yeniyetmələri düşünərək, “LITTLE YARAT” layihəsi çərçivəsində keçiriləcək küçə fotoqrafiyası janrına həsr olunmuş ustad dərslərində iştirak etmək üçün gözəl bir fürsət təqdim edir.
“YARAT” Müasir İncəsənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Artım” layihə məkanında reallaşacaq ustad dərsləri 3 hissədən ibarət olacaq.
Birinci dərs mayın 22-də “Fotoqrafiya sənətinə giriş. Nəzəriyyə və mütəxəssis məsləhətləri”, ikinci dərs ayın 23-də “Şəhərdə gəzinti və çəkiliş”, üçüncü dərs isə ayın 29-da “Çəkilmiş fotoların baxışı və təhlili” adı altında keçiriləcək.
Dərslər Sevinc Aslanovanın rəhbərliyi ilə gerçəkləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.12.2023 [12:30]
Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Lənkəranda çıxış edəcək
- 08.12.2023 [11:53]
Türkiyədə “Keçmişdən bu günə əlyazmaların mühafizəsi” adı sərgi açılıb
- 08.12.2023 [11:36]
“Oppenheimer” tarixi dramı Yaponiya kinoteatrlarında nümayiş olunacaq
- 08.12.2023 [10:50]
Salyanda Xalq şairi Məmməd Arazın 90 illiyi qeyd edilib
- 08.12.2023 [10:19]
Fazilə Rəcəbova və Yelena Suvorovanın “Canlanan daşlar” sərgisi
- 08.12.2023 [10:10]