Uşaq yazıçısı Mehriban Nağıyeva ilə növbəti görüş
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xırdalan şəhər “Little Star” Məktəbəqədər Təhsil Mərkəzində uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbəqədər uşaqların ifasında yazıçının “Xarıbülbül və Günəşin nağılı” əsəri əsasında hazırlanmış nağıl-tamaşa təqdim edilib. Sonra uşaqlar M.Nağıyevanın “Uşaqların şeir payı” kitabından “Şuşa”, “Qarabağ”, “Qış”, “Qar dənəciyi” və digər şeirlərini söylədilər.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirdə çıxış edərək uşaqlarla yazarlar arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirdi ki, belə görüşlər uşaqlar üçün yaddaqalan bir hadisədir. Buna görə də məktəblilər hələ uzun illər xoş təəssüratla bu görüşü xatırlayacaq.
Qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlara mütaliə mədəniyyəti və oxu vərdişi aşılamaqdır.
Mehriban Nağıyeva tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib və müəllifi olduğu “Xarıbülbül və Günəşin nağılı” kitablarını balacalara hədiyyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]