ÜST: son dörd həftədə dünyada koronavirusdan ölüm halları 47 faiz azalıb
Bakı, 16 fevral, AZƏRTAC
Yanvarın 16-dan fevralın 12-dək dünyada 6,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 64 mindən çox insan bu xəstəlikdən ölüb.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya bülleteninə istinadla xəbər verir ki, ölüm hallarının sayı əvvəlki 28 gündəki ilə müqayisədə 47 faiz, yoluxma hallarının sayı 92 faiz azalıb.
ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada koronovirusla bağlı 6.718.148 yoluxma və 64.469 ölüm faktı qeydə alınıb.
28 gün ərzində ən çox xəstələnmə halları Yaponiyada aşkar edilib (1.627.259 fakt). Sonrakı yerləri Çin (1.272.035), ABŞ (1.165.050), Koreya Respublikası (543.308) və Braziliya tutur (332.404).
Yanvarın 16-dan fevralın 12-dək ən çox ölüm halları Çində qeydə alınıb (20.979 fakt). Sonrakı yerləri ABŞ (14.326), Yaponiya (8.294), Braziliya (2.426) və Böyük Britaniya tutur (2.269).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]