Vatikan Türkiyəyə humanitar yardım göndərib
Vatikan, 15 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından Türkiyədə dağıdıcı zəlzələlərdən zərərçəkmiş insanlar üçün humanitar yardım göndərilib.
AZƏRTAC xəbər verir ki, yardımı daşıyan “Aurelia” adlı gəmi fevralın 15-də Neapol limanından yola düşüb və iki gün sonra Türkiyənin Hatay vilayətinin İsgəndərun limanına çatacaq. Bundan başqa, İtaliya hökuməti və digər qeyri-hökumət təşkilatlarının təyyarə ilə göndərdiyi yardımlar arasında Müqəddəs Taxt-Tac adından 10 min termal geyim də olub. Geyimlər Türkiyənin Kilis vilayətindəki qaçqın düşərgəsi üçün nəzərdə tutulub və uzun müddətdir zəlzələ bölgəsində evsiz qalan minlərlə insana yemək və sığınacaq təklif etməklə məşğul olan Rava Fondu vasitəsilə paylanacaq.
Papa Fransisk tviter hesabında bununla bağlı bildirib: “Türkiyədə və Suriyada zəlzələdən əziyyət çəkənləri unutmayaq. Həlak olanlar və onların yaxınları üçün dua etməyə davam edək. Sağ qalanlara kömək etmək üçün konkret öhdəlik götürək. Rəbbim bu dəhşətli faciədən əziyyət çəkən insanlara təsəlli versin”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:41]
Yaponiyada ayı təhlükəsi səbəbindən 94 məktəb bağlanıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]