VAXTINDA PEYVƏND EDİLMƏDİYİ ÜÇÜN DÜNYADA HƏR GÜN 5 MİN UŞAQ TƏLƏF OLUR
Fondun başçısı Jak–Fransua Martin demişdir: “Bütün dünyada 30 milyondan artıq uşağa həyatının ilk ilində peyvənd edilməmişdir və əgər indiki vəziyyət dəyişməsə, bu səbəbdən hər gün 8 min nəfər adam, o cümlədən 5 min uşaq tələf olacaqdır”.
Qeyd etmək lazımdır ki, qrip və KRVİ (kəskin respirator virus infeksiyası) yayılma tezliyinə və ona yoluxma hallarının sayına görə dünyada birinci yeri tutur və bütün yoluxucu xəstəliklərin 95 faizini təşkil edir.
Bütün dünyada hər il həmin xəstəlikdən 1 milyon nəfər tələf olur. Yüz ildə təxminən 3-4 dəfə yeni qrip virusu qeydə alınır və həmin virus çoxlu adamın ölümü ilə nəticələnən iri epidemiyalara gətirib çıxarır. Məsələn, 1918-1919-cu illərdə dünyada “ispan” qripindən 50 milyon nəfər tələf olmuşdur.
Həkimlərin fikrincə, 2004-2005-ci illərdə orta intensivli qrip epidemiyası proqrnozlaşdırılır və epidemiya zamanı 1,5-2 milyon adamın qriplə, 22 milyon adamın isə KRVİ ilə xəstələnəcəyi güman edilir. Bu payız qripin iki yeni növü peyda olacaqdır. Bunlardan biri - “Şanxay” qripi “B” qrupuna aiddir və ona yalnız insanlar tutulurlar. İkincisi “A” qrupuna aiddir və “Quş qripi” adını almışdır. Bu qrip həm insanlar, həm də heyvanlar üçün təhlükəlidir.