VENESUELA BOLİVAR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HUQO RAFAEL ÇAVEZ FRİASA
Hörmətli cənab Prezident!
Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Venesuela arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 dekabr 2006-cı il.