Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək
Bakı, 11 iyun, AZƏRTAC
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər ictimaiyyət arasında rəğbətlə qarşılanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sığorta mütəxəssisi İlkin İbrahimovun fikrincə, bu dəyişikliklər sığorta sisteminə də müsbət təsir göstərəcək.
İ.İbrahimov bildirib ki, dəyişikliyə əsasən, sahibkarların bir sıra vergiləri ödəməkdən azad edilməsi, bəzi sahibkarlara tətillərin verilməsi nəticəsində bu ilin sonuna qədər onlar öz vəsaitlərinə müəyyən qədər qənaət edə və həmin məbləğləri digər sahələrə yönəldə biləcəklər: “Vergi rejiminin yumşaldılması sahibkarları digər alətlərə üz tutmağa sövq edir. Vergi məbləğlərinin azaldılması sahibkarların sığortaya marağını artıra bilər. Əvvəllər bəzi sahibkarlar vergi yükünü və digər problemləri əsas gətirərək sığortadan yayınmağa çalışırdılar. Dəyişiklikdən sonra onlar qənaət etdikləri vəsaitləri əmlaklarının sığortasına yönəltmək barədə düşünə biləcəklər. Bununla da, gələcəkdə sahibkarların üzləşdikləri risk faktorları əsaslı şəkildə azalacaq. Bu baxımdan, hesab edirəm ki, sığorta ilə bağlı ictimaiyyət arasında maarifləndirici və məlumatlandırıcı müzakirələrin aparılmasına ehtiyac var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]