REGİONLAR
Vergilər nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edəcək
Bakı, 20 noyabr, AZƏRTAC
Vergilər nazirinin müavini Sahib Ələkbərov noyabrın 27-də Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev küçəsi, 135a) Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar noyabrın 20-25-də Sumqayıt şəhərində fəaliyyət göstərən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Xırdalan və Siyəzən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.