Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi iştirakçısı: İnanırdım ki, musiqi yenidən həyatımı süsləyəcək

Bakı, 27 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC

Dörd il əvvəl 44 gün davam edən döyüş əməliyyatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa etdi, doğma torpaqlarımız uzunmüddətli işğaldan azad olundu.

Həmin günlərdə öz ölkəsinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparanlar arasında Elvin Nəbiyev də var idi. Onun xidmət etdiyi hərbi hissənin işğalçılara vurduğu güclü zərbə Azərbaycan xalqının milli iradəsinin və ləyaqətinin təntənəsini təcəssüm etdirən “Dəmir yumruq” epopeyasının bir hissəsi idi.

Hazırda Elvin Azərbaycanın aparıcı musiqiçiləri ilə birlikdə səhnəyə çıxır, ölkəmizi xaricdə uğurla təmsil edir. Amma onun həyatında xüsusi əhəmiyyət kəsb edən bir dövr var. Elvin İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Amma bundan əvvəl məhz musiqi onun həyatına hakim idi...

Elvin Nəbiyev həqiqi hərbi xidmətdən sonra gələcək üçün planlar quran özü kimi gənc oğlanların müharibədə insan həyatının mənasını dərk etmələri ilə bağlı xatirələrini AZƏRTAC-la bölüşüb.

- Ailəm Goranboydandır. Orada Todan adlı bir kənd var. Beş yaşıma kimi Moskvada yaşasam da, deyə bilərəm ki, mənim xarakterim Gəncədə formalaşıb, Azərbaycana qayıtdıqdan sonra oraya köçdük. Musiqi məktəbini bitirdikdən sonra təhsilimi Gəncə Musiqi Texnikumunda davam etdirdim. Düzdür, ilk vaxtlar atam musiqiyə bu qədər həvəsi kimdən aldığımı anlaya bilmirdi. Ailəmizdə heç vaxt musiqi ilə hər hansı əlaqəsi olan yox idi. Amma bir qədər tərəddüddən sonra mənə tar aldılar və bu, musiqi frazaları, not yazıları dünyasına səyahətdə əsl bələdçim oldu.

- 2020-ci ilin mart ayı hər şeyi alt-üst etdi... Planlaşdırılan və arzulanan ideyalar bir gecədə yox oldu. Dünyanı pandemiya bürüdü və məni hərbi çağırış gözləyirdi. Doğrusunu desəm, ilk hisslərim konservatoriyaya daxil olmaq üçün göstərdiyim bütün səylərin boşa çıxmasından məyusluq idi. İmtahanlardan da keçə bilmədim. Amma sən demə, bu, başıma gələnlərin yarısı imiş. Başa düşdüm ki, Vətənin üç onillikdə düşdüyü vəziyyət məni sadəcə olaraq vətəndaşlıq borcumu yerinə yetirməyə, orduda xidmət etməyə sövq edir. Sonrakı müharibə günləri mənim gələcəkdə söykənə biləcəyim ciddi bir təcrübə oldu.

- Ədəbi əsərlərdə təsvir etdikləri kimi, havada gərginlik olduğunu deyə bilmərəm. Çağırışçılar üçün ordudakı gündəlik həyat müəyyən dərəcədə “ev rahatlığı zonası” xaricində öz güclərimiz və imkanlarımızla bağlı bir sınağa çevrildi. Beləliklə, hərbi xidmət mənim üçün 2020-ci il iyulun 4-də başladı.

- Sentyabrın 26-da xidmət etdiyim hərbi hissənin bütün tərkibi artıq komplektləşdi və burada hər şey şəraitə uyğunlaşa biləcəyimi göstərirdi. Yadımdadır, parkda hərbi geyimdə atamla söhbət etmişdim. Ondan tarımı və bir neçə başqa zəruri əşyaları hərbi hissəyə göndərməsini xahiş etdim. Atam da xəbərdarlıq etdi ki, bu günlərdə mütləq gəlib məni ziyarət edəcəklər. Ən maraqlısı odur ki, söhbətimiz bitəndən təxminən yarım saat sonra bütün hərbi hissə üzrə həyəcan siqnalı verildi. İlk ağlıma gələn bu siqnalın növbəti bir təlim olması idi. Biz erməni mövqelərinin yaxınlığında yerləşirdik və bu, tez-tez baş verirdi. Ona görə də tezliklə kazarmaya qayıdacağımızı düşündük. Amma bu dəfə həyəcan siqnalının döyüş çağırışı olduğu ortaya çıxdı...

- İndi həmin hadisələri xatırlayaraq gülümsəmək də olar. Sonra bizi qarşıda nələrin gözlədiyini başa düşdükdə, içimdə sözlə təsvir edilməsi çətin olan hisslər baş qaldırdı. Artıq hər yerdə müharibənin nəfəsi duyulurdu və vəziyyət heç də gülməli deyildi... Döyüş dəhşətli bir “musiqi” təsiri bağışlayır. Bizdən iyirmi metr aralıda partlayan mərminin səsini heç vaxt unutmayacağam. Qorxu sizə elə sirayət edir ki, nəfəsiniz kəsilir. Bəli, o vaxt yaşadığım dəhşətli hadisələr bu gün tədricən məni tərk edir. Burada həmin hərbi əməliyyatlardan sonra hələ də orduda qalmağımın da müəyyən rolu olub. Düzdür, bundan sonra yenə də istənilən həyəcan siqnalına pis reaksiya verirdim. Bir gün kimsə qəflətən diqqəti belə bir üsulla özünə çəkmək qərarına gələndə, buna verilən reaksiyamı xatırlayıram. Dərhal beynimdə bir fikir yaranır ki, sanki yenidən uçan mərminin xarakterik səsini eşidirəm. O vaxt hücumdan möcüzə nəticəsində sağ çıxa bildim!

- Müharibədə olanda, hansısa məqamda yaradıcı ambisiyaları unudursan. Bəzi düşüncələr isə sadə dəyərlərin gündəlik anlayışı ilə təmasda olan kimi dərhal yox olur. Orada musiqiçi ilə motor ustası arasında heç bir fərq yoxdur. Ölümdən əvvəl hamımız eyniyik. Müharibə insan həyatının sona çatması, ölümün sizdən və yoldaşlarınızdan yan keçəcəyinin yüzdəbir ehtimalı olan bir anlayışıdır. Xüsusən, bir artilleriya mərmisinin xarakterik fitini ilk dəfə eşitdiyiniz anda bunu daha aydın hiss edirsən. Bu, başqa bir dünyadır. Bir ifadə var - “kənardan müharibə asan gəlir”. Amma reallıqda belə deyil. Barmaqlarımın demək olar ki, hamısı çatlamışdı. Onlara baxırdım və öz-özümə deyirdim ki, bu əllər bir daha tar çala bilməyəcək.

- Müharibədə musiqiyə həvəs də olmur... Hətta melodiya müəyyən dərəcədə yersiz də görünə bilər. Amma başa düşürdüm ki, istənilən hərbi əməliyyatın, xüsusən də hər bir ədalətli müharibənin sonu var, dinc həyat yenidən əsgərlərin arzu və istəklərini özlərinə qaytaracaq. Buna görə də ruhumun dərinliklərində musiqinin yenidən ömrümə qayıdacağına əminlik var idi. İxtiyarımızda gitara olanda, sakit anlarda məşq edə bilirdik. Yeri gəlmişkən, gitaranı komandirimiz tapmışdı və ifa etməyi bacaran yeganə musiqiçi mən olduğum üçün onu mənə verdilər. Bu qənimət yeddisimli alətin nadir bir nümunəsi imiş. Baxmayaraq ki, bir sim əskik idi və gitara aşığı əvəzinə səsi tənzimləmək üçün qələmdən istifadə etməli olurdum. Orada uşaqlarla müharibənin sonunda kortəbii konsert də verirdik.

- Həmin 44 gün mənim üçün qorxu hissinə qalib gələn oğlanlarla çiyin-çiyinə döyüşdüyüm bir yetkinləşmə dövrü oldu. Ancaq döyüşlərdə iştirakımızın tarixə çevriləcəyi fikri də mənə kömək etdi. Amma bu, dərhal olmadı. İlk günlərdən deyil. Buna baxmayaraq, Ali Baş Komandanımızın daha bir yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilə bağlı çıxışlarını eşidəndə başa düşürdük ki, onun qürur və sevincinə bütün Azərbaycan xalqı qoşulub.

- İkinci Qarabağ müharibəsi çoxdan gözlənilən Qələbəyə töhfə vermiş bir çoxlarının, o cümlədən mənim valideynlərimin şəxsi hekayəsidir. Mən o günlərə nəzər salıram və döyüş yolumun Füzulidən başlandığını xatırlayıram. Orada qalmağım, əlbəttə ki, qısamüddətli olub, bundan sonra Cəbrayıl şəhərinə köçürüldük. Orada bir neçə gün qaldıq və sonra Beyləqana getdik. Hərbi hissəmiz Haramı düzü deyilən yerdə yerləşirdi. Bu məkan olduqca diqqətəlayiq idi, çünki labirintə bənzəyirdi. Sonra Hadrut və bir çox başqa müxtəlif yaşayış məntəqələrinə yollandıq. Son hərbi xidmət məntəqəm Xocavənd oldu. İndi hərbi mükafatlarım həmin günlərlə bağlı xatirələrimi qoruyub saxlayır. Musiqiyə qayıtdım... Çünki istənilən müharibə həmişə haqlı tərəfin qələbəsi ilə başa çatır və dünənki əsgərlər arzularını, istəklərini həyata keçirirlər...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasıya buraxılır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib