Vətən müharibəsi qazisi: Yollar özü bizi Şuşaya, oradan da Xankəndiyə apardı…
Bakı, 9 noyabr, AZƏRTAC
“Üç il əvvəl haqq savaşında döyüş yolum Füzuli rayonundan başladı. Ardınca Xocavənd rayonu istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etdim. Qazanılan qələbələr bizi Şuşaya doğru aparırdı. Döyüş tapşırıqlarını uğurla yetirərək qədim şəhərimiz uğrunda həlledici döyüşə atıldıq. İlk dəfə Füzulidə yaralansam da, məqsədim Şuşaya çatmaq idi. Odur ki, döyüşlərə davam etdim. Noyabrın 5-də isə ikinci dəfə yaralandım, bu dəfə isə Şuşada. Yaralanmağıma təəssüflənsəm də, arzuma çatmışdım. Şuşaya daxil ola, onu tapdaqdan qurtarmaq üçün döyüşə bilmişdim. Şuşadan yalnız noyabrın 8-də təxliyə oluna bildim”.
Bunu AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin qazisi Vüsal Həsənov deyib.
V.Həsənov Şuşaya daxil olmağın çətin, eyni zamanda, şərəfli missiya olduğunu diqqətə çatdırıb.
“Bu ilin sentyabrında 24 saat başa çatmadan aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa edildi. Növbəti Qələbəmiz nəticəsində Ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi. Yollar özü bizi Şuşaya, oradan da Xankəndiyə apardı. Bu gün artıq azad edilmiş bütün torpaqlarımızı üçrəngli bayrağımız bəzəyir. Zəfərimizin üçüncü ildönümündə Xankəndində keçirilən hərbi parad isə hər birimizi daha da qürurlandırdı”, - deyə qazi fikirlərini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]