Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin ilk şəhidlərindən biri

Bakı, 20 may, AZƏRTAC

O, Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlmişdi. Nadir kişinin, Arizə xalanın üçüncü övladı idi...

Hamı kimi orta məktəbi bitirmişdi, hərbi xidmətə yollanmışdı, ailə həyatı qurmuşdu.

Valideynləri onu Vətənə, yurda bağlı övlad kimi böyütmüşdülər. Qardaşı Xəyyam Birinci Qarabağ müharibəsində iştirak edəndə Murad hələ məktəbli idi. Xəyyam ikinci qrup Qarabağ müharibəsi əlili kimi tərxis olunub evə qayıtmışdı. Həmişə onun söhbətlərinə, cəbhə xatirələrinə maraqla qulaq asardı...

Kim bilir, hərbçi olmaq, Vətənin keşiyində dayanmaq arzusu bəlkə onun qəlbində qardaşının həmin söhbətlərinə qulaq asarkən baş qaldırmışdı?

AZƏRTAC xəbər verir ki, Murad Babayev 18 yaşı tamam olanda hərbi xidmətə yola düşüb, Müdafiə Nazirliyinin Tərtər rayonunda “N” saylı hərbi hissədə qulluq edib.

Hərbi xidmətini başa vurandan sonra uşaqlıqdan qardaşı Xəyyamın, əsgərlikdən qayıdan kənd uşaqlarının danışdığı söhbətlər zamanı onun qəlbində yuva quran hərbçi olmaq arzusunun ardınca gedib.

2003-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən “T-72” tank komandiri kursunu bitirib və Füzuli rayonunda hərbi hissədə texnik kimi fəaliyyət göstərib.

2016-cı ilin aprelində Lələtəpə uğrunda qızğın döyüşlərdə yaxından iştirak edib. Həmin döyüşlərin iştirakçıları onun hər döyüşdə göstərdiyi igidlik nümunəsinin canlı şahidi olublar. O, bir tankçı kimi verilən tapşırıqları heç nədən çəkinmədən, qorxmadan axıradək yerinə yetirib və döyüşdə uğurlu mövqe seçərək düşmənə ağır zərbələr endirib.

Döyüş yoldaşları, onunla bir yerdə xidmət edənlər Muradın cəsur, ürəkli və vətənpərvər olduğunu söyləyirlər. Elə bu xüsusiyyətlərinə görə xidmət dövründə 25 Fəxri fərmana layiq görülüb.

2020-ci il sentyabrın 27-si...

Bu, Azərbaycan tarixinin ən unudulmaz günlərindən biri kimi yaşayacaq və xatırlanacaq. Uzun illər düşmən işğalı altında olan torpaqların azad edilməsinə məhz həmin gün səhər tezdən başlanılan uğurlu əməliyyatlarla start verildi. Möhtəşəm Qələbəyə, Zəfər gününə aparan yol bünövrəsini sentyabrın 27-dən götürdü.

Murad döyüş əməliyyatından bir neçə saat əvvəl səhərin erkən çağında zəng edərək həyat yoldaşı Xalidə ilə danışıb: “Uşaqları sənə, səni də Allaha tapşırır, hamınızı öpürəm. Özünüzdən muğayat olun!”.

Azərbaycan Milli Ordusu əks-həmlə ilə erməni yaraqlılarını Füzuli rayonunun Əbdürrəhmanlı kəndindən qovub çıxarmağa cəhd göstərib. Ön sırada irəliləyən tanklardan biri də içərisində gizir Murad Babayevin və döyüş yoldaşlarının olduğu tank olub.

Umar Ömərov (tank komandiri): “Sentyabrın 27-də hücum əmri veriləndə yanaşı tanklarda düşmən üzərinə irəliləyirdik. Ön xətti keçib düşmən mövqelərinə sarsıdıcı zərbələr vurduq. Növbəti xətti keçmək istəyərkən Muradın idarə etdiyi tank ermənilərin atdığı mərmiyə hədəf oldu...”.

Şamil Axundov (döyüş yoldaşı): “Bizim idarə etdiyimiz “T-72” tankı döyüşün ön sıralarında düşmən üzərinə gedirdi. Murad Babayev tank komandiri, mən mexanik, Seymur Atayev isə tuşlayıcı idi. Düşmən hədəflərinə doğru bir neçə sərrast atəş açdıq. Elə bu vaxt bizim idarə etdiyimiz tank düşmən atəşinə tuş oldu. Murad ağır yaralandı. Onu xilas etməyə çalışsaq da, gec idi...

Elnur İsmayılov (mayor): “Mən son iki ayı onunla bir yerdə xidmət etmişdim. Murad mənim qəlbimdə intizamlı, verilən tapşırığı vaxtında yerinə yetirən nümunəvi gizir kimi qalıb. Onun hərbçi həyatı hər kəs üçün örnəkdir...”.

Murad Babayev üçün Vətən müharibəsi uğrunda döyüşün başlanıldığı gün son gün oldu. Elə ilk həmlədə, ilk döyüşdə, ilk saatlarda o, gözlərini əbədi olaraq yumdu.

O, Vətən müharibəsinin ilk şəhidlərindən biri oldu. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub.

Bu il martın 31-də Muradın 39 yaşı onsuz qeyd edildi. Anası Arizə, qardaşları Xəyyam, Xaqani, Rəşad və Pəruz, döyüş dostları, hərbçi yoldaşları onun əziz xatirəsini yada salıb, keçdiyi yolu vərəq-vərəq göz önünə gətirdilər.

Oğlu Samirin, qızları Fatimənin, Zəhranın dilində “ata” kəlməsi donub qaldı. O, oğlunu hərbçi, qızını həkim görmək istəyirdi.

...İllər keçəcək, onun yadigarları atalarının qəlbində qalan arzularını həqiqətə çevirəcək, özləri isə Vətənin ən layiqli övladları olacaqlar. Atalarının müqəddəs və uca adı ilə həmişə qürur və iftixar hissi duyacaqlar.

Həm də təkcə onlar yox, Muradı tanıyan və tanımayan hər kəs bu cəsur Vətən müdafiəçisinin xatirəsini həmişə yad edəcək, adını uca tutacaq. Çünki o, öz ölümü ilə bizə böyük Qələbəni yaxınlaşdıran və onu bizə yaşadan əsgərlərdən biridir!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir