VKC karate-do üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 6 mart, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş VKC karate-do üzrə Bakı birinciliyi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 228 idmançı mübarizə aparıb.
Nəticələrə əsasən, şobu sanbon növü üzrə 10-11 yaşlı karateçilərin yarışında Kənan Gözəlzadə, Mirmehdi Hüseynzadə, Elvin Babayev, Amal Kərimli, 12-13 yaşlıların mübarizəsində Vaqif Həsənov, Əli Şıxəliyev, Raul Əliyev, İsmayıl Xamoyev, 14-15 yaşlı idmançılar arasında Nihad Tağızadə, Əzrək Cəfərli, 16-17 yaşlıların yarışında Azər Tapdıqlı, Nağı Qəhrəmanov və Məhəmməd Xamoyev birinci olublar. İriqumi-cyu kumite növü üzrə 10-11 yaşlı karateçilərin yarışında Mirzəxan Həmzəyev, Fəxri Əsədov, Baba Səmədli, 12-13 yaşlıların mübarizəsində Hüseyn Həsənli, Nurlan Həmidli, Şamxal Məmmədzadə, Elman Əliyev, 14-15 yaşlılar arasında Sahil Nəsibli, Elgün Səmədov, Anar Məmmədzadə, 16-17 yaşlı karateçilərin qarşılaşmasında Mərdan Ağcabəyli, Rəsul Musayev və Elçin Rzayev qızıl medal qazanıblar. İriqumi-qo kumite növü üzrə 10-11 yaşlı karateçilərin yarışında Xeyrulla Salamov, Murad Cəfərli, Adəm İsrafilov, 12-13 yaşlılar arasında Hüseyn Hüseynov, Nihad Pənahov, Hüseyn Rəhimov, Marif Baxşızadə 14-15 yaşlıların qarşılaşmasında Musa Zalov, Rövşən Məmmədhəsənov, Yusif Hacıyev, 16-17 yaşlıların mübarizəsində isə Nicat Müslümov, Əli Qulamov və Ənvər Nəhmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.