Vuçiç: Serbiya daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə hazırdır
Belqrad, 16 sentyabr, AZƏRTAC
Serbiya Mərkəzi və Şərqi Avropada “Boris” qasırğasının səbəb olduğu daşqınlardan zərər çəkmiş ölkələrə bütün lazımi yardımı göstərməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Çexiya, Polşa, Slovakiya, Avstriya və Macarıstanda baş verən daşqınların faciəvi nəticələri ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və bu çətin günləri yaşayan hər kəslə həmrəyliyimi bildirirəm. Serbiya bütün lazımi yardım və dəstəyi göstərməyə hazırdır”, - deyə Aleksandar Vuçiç bildirib.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropaya leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 10 nəfər ölüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]