Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Soçi görüşü tarixi Zəfərimizin təsdiqi və qəbuludur

Vüqar Rəhimzadə: Soçi görüşü tarixi Zəfərimizin təsdiqi və qəbuludur

Bakı, 2 noyabr, AZƏRTAC

Artıq iki ildir Qarabağ münaqişəsi tarixə qovuşub. Keçirilən görüşlərdə, bəyanatlarda artıq postmünaqişə dövrünün reallıqlarından, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasından və ona dəstəkdən bəhs edilir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edir. Çünki hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair məsələlərdir. Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da sonda iki yoldan birini seçməyə məcburdur. Ya sülh müqaviləsini imzalayıb regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması əsasında yeni əməkdaşlıq formatlarında iştirak etməklə özünün iqtisadi imkanlarını yaxşılaşdıracaq, ya da “Dəmir yumruq”, “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarının davamlı olacağını düşünməli olacaq. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə xeyli sayda görüşlər keçirilib. 2021-ci il 11 yanvar tarixli Moskva, 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin, onun ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə Brüssel, oktyabrın 6-da isə Praqa görüşlərinin hər biri sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlardır. Hər bir görüş üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Avropa İttifaqının vasitəçilik missiyası Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Ermənistan bu formatı sözdə qəbul etsə də əməldə daha çox 30 ildə onlara dəstək göstərib, ədaləti maraqlarının arxasında gizlədən bəzi dövlətlərin vasitəçiliyinin bərpasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan dövləti bununla bağlı mövqeyini daim bildirir ki, artıq həmin qurumun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. 30 illik işğal dövründə məsələnin nizamlanmasında heç bir irəliləyişə nail olmayan bir qurumun münaqişə həll olunduqdan sonra nəyə vasitəçilik edəcəyi sual doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, keçirilən görüşlərin yekunu olaraq imzalanan bəyanatların hər biri Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilir. Çünki həmin sənədlərdə ölkəmizin mövqeyi dəstəklənir, milli maraqlarımız öndə saxlanılır. Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir. Ermənistanın baş naziri Nikol Paşinyan bu il aprelin 6-da keçirilən Brüssel görüşündə 5 prinsipi qəbul etməklə tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədi. Avqustun 31-də təşkil olunan görüşdə isə sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin zəruriliyi dəstəkləndi. Artıq Praqa görüşünə qədər xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə münasibətində qeyd etmişdi ki, görüşlərin davamlı olması vacibdir. Praqa görüşündə diqqət çəkən məqam Fransa Prezidenti Emmanuel Makronun tərəf kimi iştirakı idi. Praqa bəyanatında əksini tapan müddəalarla bağlı razılığını ifadə edən Makron çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə sərsəm bəyanatları ilə əsl simasını bir daha nümayiş etdirdi. Fransa Prezidenti 30 illik işğal dövründə vasitəçiliyinin əsasında dayanan maraqlarını bir daha büruzə verdi. Belə olan halda, erməni sevgisini açıq-aşkar nümayiş etdirən dövlətin prezidentindən ədalətli yanaşma ortaya qoyacağını gözləmək nə dərəcədə real görünə bilər?

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan, Rusiya sözügedən Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə Ermənistanı məcbur etmək imkanındadır. Ona görə də 2021-ci il 11 yanvar tarixli Moskva və 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin davamı olaraq son Soçi görüşü sülh müqaviləsinin imzalanması prosesində öz sözünü deyəcək. Soçi Bəyanatında bildirilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq edirik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq. Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlindi.

“Soçi Bəyanatında bu müddəa da yer alıb ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlıq vacibdir. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılıq əldə olundu. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək”, - söyləyən Vüqar Rəhimzadə onu da əlavə edib ki, digər bəyanatlar kimi, Soçi Bəyanatında da “Qarabağ” sözünə rast gəlinmir. Bu, bir daha onu təsdiqləyir ki, münaqişə artıq tarixə qovuşub və köhnə yanaşma ortaya qoyanların vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Bəzi dünya gücləri öz maraqları naminə artıq tarixin arxivinə göndərilmiş qrupun vasitəçiliyini bərpa etməyə çalışsalar da bunun mümkünsüzlüyü göz qabağındadır. Ermənistan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Artıq göründüyü kimi, dünya gücləri bu məsələnin həllində dəstəklərini ifadə edir, səylərini əsirgəməyəcəklərini bildirirlər. Noyabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin növbəti görüşü keçiriləcək. Ümumiyyətlə, Brüssel gündəliyi tərəflərin maraqlarına uyğundur. Digər tərəfdən, Rusiyanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən tərəf kimi üzərinə düşən məsuliyyəti nəzərə alsaq bu kontekstdə qısa müddətdə sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür. Hər halda Ermənistan Azərbaycanın 30 illik işğal dövrünün Azərbaycanı olmadığını unutmayıb. Yeni reallıqları diktə edən tərəf Azərbaycandır. Otuz ildən sonra Ermənistana və əksər dünya güclərinə ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu sübut edən də Azərbaycandır. Bu günün əsas tələbi beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün dəstəklənməsi fonunda Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması, sülh müqaviləsinin imzalanmasıdır.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın hər bir görüşdə qazandığı diplomatik qələbə tarixi Zəfərimizin beynəlxalq aləmdə təsdiqi və qəbuludur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır