Azərbaycan Dövlət İnformasiya Agentliyi

VYANADA “AZƏRBAYCANA QARŞI MÜHARİBƏ: MƏDƏNİ İRSİN HƏDƏFƏ ALINMASI” KİTABININ TƏQDİMATI OLMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 29-da Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə Vyanada Heydər Əliyev Fondu və ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən “Qarabağ haqqında faktlar” silsiləsindən ingilis dilində hazırlanmış “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının təqdimatı olmuşdur.

Mərasimdə ATƏT katibliyinin, Türkiyə, ABŞ, İtaliya, Pakistan, Səudiyyə Ərəbistanı, Nigeriya, Suriya, Sudan və Finlandiyanın Vyanadakı səfirliklərinin təmsilçiləri, Avstriya hökumət qurumlarının əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri, həmyerlilərimiz iştirak etmişlər.

Təqdimat mərasimini açan ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov təcavüzkar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, bir milyon soydaşımızın Ermənistandakı əzəli vətənlərindən və işğal altındakı digər torpaqlarımızdan qovulduğunu vurğulamış, əksəriyyəti uşaq, qadın və qocalar olmaqla minlərlə həmyerlimizin qətlə yetirildiyini, ermənilərin azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti apardığını bildirmişdir. Səfir demişdir ki, beynəlxalq hüquq normalarını rəhbər tutan Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə səy göstərməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən bu məsələdə hələ də əsaslı irəliləyiş əldə olunmamışdır.

Səfir nəşrin hazırlanmasında böyük xidməti olan Heydər Əliyev Fondu, 2004-cü ildə əsası qoyulmuş qurumun göstərdiyi fəaliyyəti, beynəlxalq əlaqələri və ölkəmizdən kənarda həyata keçirdiyi xeyriyyəçilik layihələri barədə də məlumat vermişdir.

Sonra kitab, multimedia diski və sənədli filmdən ibarət nəşrin tədqiqatçı və tərtibçisi, Xarici İşlər Nazirliyi xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin birinci katibi Kəmalə İmranlı slaydlarla müşayiət olunan geniş məruzə ilə çıxış etmişdir. O, Azərbaycanın sivilizasiyanın beşiklərindən biri olduğunu vurğulamış, XIX əsrdə Rusiya-İran müharibələrindən sonra ermənilərin Türkiyə və İrandan Azərbaycana kütləvi şəkildə köçürülməsindən, onaların özlərini Cənubi Qafqazın qədim əhalisi kimi qələmə verməyə çalışmasından faktlarla söz açmışdır. Bildirmişdir ki, 1918-ci ildə Ermənistan dövləti yaradılarkən onun ərazisi 8-10 min kvadratkilometr olmuş, lakin bolşeviklərin sayəsində Azərbaycan və Gürcüstan əraziləri hesabına indiki ölçüyə çatdırılmışdır. “Dənizdən-dənizə Böyük Ermənistan” mifini gerçəkləşdirməyə çalışan erməni millətçiləri ötən əsrin 80-ci illərində yenidən Azərbaycana qarşı ərazi iddiası ilə müharibəyə başlamış, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etmişlər. İşğal altında olan ərazilərdə 1891 mədəniyyət abidəsini, o cümlədən muzeyləri, rəsm qalereyalarını, mədəniyyət evlərini və s. talamış, dağıtmış, Azərbaycan mənşəli toponimləri erməniləşdirmişlər.

Dağlıq Qarabağ ərazisindəki tarixi və mədəniyyət abidələrinin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən fotoşəkillərin nümayişi iştirakçılarda erməni cinayətkarlarının Azərbaycan mədəni irsini necə məhv etdiyi haqda əyani təsəvvür yaratmışdır.

Sonra K.İmranlının ssenarisi əsasında çəkilmiş sənədli film nümayiş etdirilmişdir. Filmdə qədim Azərbaycan mədəniyyəti, hazırda işğal altında olan ərazilərdəki zəngin tarixi abidələr, zəbt edilmiş şəhər və rayonlar haqqında ətraflı məlumat verilir. Eyni zamanda, ermənilərin 1828-1911 illərdə çar Rusiyası tərəfindən əksəriyyəti Azərbaycanda yerləşdirilməklə Qafqaza köçürülməsi, onların “Böyük Ermənistan” mifini reallaşdırmaq istiqamətində əsrlərdən bəri göstərdiyi fəaliyyət, Azərbaycan mədəniyyəti və tarixinə qarşı amansız davranışı sənədlər, fotolar və faktlar əsasında geniş işıqlandırılır.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilmiş, onlara “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” nəşri paylanmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO