VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NQUYEN MİNH TRİETƏ
Hörmətli cənab Prezident,
Vyetnamın milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vyetnam münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost ölkənizə əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 avqust 2006-cı il.