“Win Phone 2” müsabiqəsinə başlanılmışdır
Bakı, 24 yanvar (AZƏRTAC). İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” layihəsi çərçivəsində “Win Phone 2” adlı müsabiqəyə başlanılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu ilə keçirilən müsabiqənin təşkilatçısı “İlk addımlar” elektron tədris layihəsidir. Martın 10-dək davam edəcək müsabiqə mobil tətbiq müəllifləri üçün nəzərdə tutulmuşdur.
Müsabiqənin Təşkilat Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışmada iştirakçı olmaq üçün yanvarın 31-dək www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcəkdir.
Fevralın 3-də isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün ilk təlim keçiriləcəkdir. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.
“Hackathon” (hacker neologiyası) - proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların yaradılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]