Azərbaycan Dövlət İnformasiya Agentliyi

XAÇMAZ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ŞƏMSƏDDİN XANBABAYEVİN ÇIXIŞI

-Zati-aliləri əziz və möhtərəm Prezidentimiz,

İcazə verin, hər bir xaçmazlının hədsiz məhəbbətini, dərin hörmət və ehtiramını ifadə edərək, Sizi, hər bir azərbaycanlının sevimli Prezidentini Xaçmaz torpağında ən səmimi duyğularla salamlayım, bu bərəkətli və xoşbəxt diyara “Xoş gəlmisiniz”! deyim.

Möhtərəm cənab Prezident,

Sizin Xaçmaza hər bir gəlişiniz bizim üçün səmimi görüşlər, xoş xatirələrlə yanaşı, həm də böyük miqyaslı tikinti-quruculuq işləri, həyati əhəmiyyətli obyektlərin açılışı ilə yadda qalır. Respublikamıza böyük uğurla rəhbərlik etdiyiniz üç il müddətində rayonumuza sayca üçüncü gəlişinizlə Siz daha böyük bir missiyanı həyata keçirirsiniz. Respublikamızın müxtəlif bölgələrində, o cümlədən Xaçmazda elektrik stansiyasını istifadəyə verməklə Azərbaycanı nura qərq edirsiniz.

Qısa bir müddətdə və yüksək keyfiyyətlə tikilib bölgə əhalisinin istifadəsinə verilən və bu gün açılışına toplaşdığımız elektrik stansiyası şimal bölgəsi rayonlarının enerjiyə olan tələbatını tam ödəməklə yanaşı, iqtisadiyyatımızın daha sürətli inkişafına təminat yaradacaqdır. Bu xeyirxah işə görə əhalimiz Sizə hədsiz minnətdarlığını bildirir, Azərbaycanın inkişafı naminə fədakar əməyinizdə daha böyük uğurlar diləyir.

Möhtərəm cənab Prezident,

Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev daim bu bölgəyə, o cümlədən Xaçmaz rayonuna xüsusi diqqət və qayğı göstərmiş, üç dəfə - 1981, 1983 və 1998-ci illərdə Xaçmazda olmuş, rayonun iqtisadiyyatının inkişafı üçün öz tövsiyələrini vermiş, xaçmazlılar haqqında çox dəyərli sözlər demişdir. Bu gün məharətlə həyata keçirdiyiniz idarəçilik bacarığını, qətiyyəti, əzmkarlığı, səmimiyyəti və ən ümdəsi, Vətən sevgisini, xalqımıza məhəbbəti Siz o dahi şəxsiyyətdən əxz etmisiniz. Ulu öndərimizin işıqlı ideyalarını uğurla həyata keçirməklə Siz Azərbaycanı gözəl bir diyara, inkişaf etmiş məmləkətə çevirirsiniz. Bu gün doğma Azərbaycanımızın hər bir guşəsində, hər bir eldə, obada ümummilli liderimizin arzuları Sizin sayənizdə reallığa çevrilir. Azərbaycanın dünənədək ucqar, əlçatmaz hesab olunan bölgələrinə yollar, içməli su və təbii qaz, rabitə xətləri çəkilir. Müasir məktəblər, xəstəxanalar, idman kompleksləri inşa edilir. Yeni iş yerləri açılır, insanların həyat səviyyəsi, maddi rifahı günbəgün yaxşılaşır. Bütün bunlar Sizin böyük uzaqgörənliklə təsdiqlədiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsinin real nəticələridir.

Möhtərəm Prezidentimiz,

2005-ci il iyulun 26-da bölgəmizə səfərinizin yekunu olaraq imzaladığınız Sərəncam Sizin rəhbərliyinizlə həyata keçirilən işlərin daha geniş miqyas almasına şərait yaratmışdır. Rayonumuza son səfərinizdən ötən bir ildən bir qədər artıq müddət ərzində 14 il təbii qaz ala bilməyən Xaçmaz şəhərinin böyük bir yaşayış massivinə Sizin xüsusi göstərişinizlə qazın verilişi bərpa edilmişdir. Rayonumuzun kəndlərinə müntəzəm olaraq təbii qaz verilməsinin bərpası işləri davam etdirilir. Sizin ayırdığınız vəsait hesabına 2 kilometr uzunluğunda yeni, abad, müasir qaydada işıqlandırılmış küçə salınmışdır ki, bu da Xaçmaz şəhərində günbəgün artan nəqliyyat vasitələrinin daha rahat hərəkətinə şərait yaratmışdır. Son iki ildə rayonda 11 məktəb binası tikilmişdir. Bunlardan 4-ü “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilmişdir.

Möhtərəm Prezidentimiz, Sizin göstərişinizlə Xaçmazda 6 min nömrəlik yeni elektron tipli ATS quraşdırılmışdır. Xaçmaz və Xudat şəhərlərində 3 yeni orta məktəb binalarının, Qarabağ əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evinin tikintisi, içməli su və kanalizasiya xətlərinin çəkilişi və əsaslı təmiri davam etdirilir. Təkcə son bir il ərzində rayonda küçə və yollara 110 min kvadratmetr asfalt döşənmişdir. Aqroservis və təchizat bazası yaradılmışdır. 15 adda 35 ədəd kənd təsərrüfatı texnikası, 1536 ton mineral gübrə gətirilmişdir və bunlardan kənd təsərrüfatında səmərəli istifadə olunur.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə respublikamızda hökm sürən sağlam və işgüzar mühit insanları qurub-yaratmağa ruhlandırır. Son bir ildə rayonda mədəniyyət və istirahət parkı yaradılmış, 200-dən artıq şəhidin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanı tikilmiş, Xaçmaz şəhərinin qədimliyinin simvoluna çevrilmiş əzəmətli Qoşa qapı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı üçün ikimərtəbəli yeni inzibati bina inşa edilmiş, sərkərdə və şair Şah İsmayıl Xətainin abidəsi ucaldılmışdır. Rayon tarix-diyarşünaslıq muzeyi tam yenidən qurulmuş, ulu öndərimizin adını daşıyan küçədə Şəxsiyyətlər muzeyi yaradılmışdır. Bölgəmizin qədim el sənəti olan xalçaçılığın zəngin ənənələrini yaşadan xalça muzeyi təşkil edilmişdir. Bu işlər indi də gedir və gələcəkdə də davam etdiriləcəkdir.

Əhalimizin maddi rifahının günbəgün artmasının nəticəsidir ki, quruculuq işləri təkcə mərkəzdə deyil, rayonun bütün ərazilərində gedir. Köhnə, çiy kərpicdən tikilmiş evləri mişar daşından inşa edilən yaraşıqlı binalar əvəz edir. Möhtərəm cənab Prezident, deyilənlərə sübut olaraq bir faktı qeyd etmək istəyirəm ki, təkcə bu ilin on ayı ərzində əhali tərəfindən rayona 1050 ədəd şəxsi minik və yük avtomobili gətirilmişdir. Ümumiyyətlə, rayonda hər 22 nəfərə bir şəxsi minik maşını düşür. Son bir ildə sahibkarlar tərəfindən onlarca müasir tipli ticarət, iaşə və xidmət obyektləri, 50 yerlik müasir mehmanxana, asfalt zavodu, 8 fındıq emalı sexi tikilib istifadəyə verilmişdir. Hələ ümummilli liderimizin arzusu olan turizm sektorunun inkişafı istiqamətində də çox əhəmiyyətli işlər görülür və Sizin rəhbərliyinizlə miqyası günbəgün artır. Həyata keçirilən tədbirlərin nəticəsində rayonda 2003-cü ilin oktyabrından indiyədək 8530 iş yeri açılmışdır ki, bunların da 4000-dən çoxu daimi iş yeridir.

Möhtərəm cənab Prezident, Siz regionlarda olarkən qazanılan hər bir uğuru, inşa edilən hər bir yeni obyekti, açılan hər bir yeni iş yerini görəndə necə sevindiyinizin şahidiyik. Ötən ilin iyul ayında rayonumuzda olarkən açılışını etdiyiniz yeni tikililər bu gün rayonumuzun və bölgənin əhalisinə keyfiyyətlə xidmət edir. İcazənizlə, hər bir xaçmazlının arzusunu ifadə edərək, rayonda tikilmiş bir neçə yeni obyekti ziyarət etməyinizi, onların fəaliyyətinə rəhbər xeyir-duası verməyinizi Sizdən xahiş edirəm. Bu obyektlərin hər birinin ərsəyə gəlməsində Sizin böyük əməyiniz və hədsiz xidmətiniz vardır.

Zati-aliləri, əziz və möhtərəm Prezidentimiz, Vətənimiz Azərbaycan naminə gördüyünüz misilsiz işlərə görə Sizi sevən, Sizə inanan və güvənən xaçmazlılar adından bir daha dərin minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, səadət arzulayır, ölçüyəgəlməz işlərinizdə ən böyük uğurlar və qələbələr diləyirik. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir