ELM VƏ TƏHSİL
Xaçmaz rayonunda təlim kursları başa çatmışdır
Bakı, 12 sentyabr (AZƏRTAC). Xaçmaz rayonunda ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları keçirilmişdir.
Təhsil Problemləri İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, kurslarda 2012/2013-cü tədris ilində V siniflərdə Azərbaycan tarixi fənni üzrə dərs deyəcək 86 müəllim iştirak etmişdir.
On gün davam etmiş məşğələləri Təlim və İnkişaf Mərkəzinin təlimçiləri aparmışlar.
Kursun sonunda test imtahanının nəticələrinə əsasən müdavimlərə birinci və ikinci dərəcəli sertifikatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]