Xaçmazda vətəndaşlara 3 milyon manatdan çox ziyan vuran şəxslər saxlanılıblar
Xaçmaz, 16 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək, onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərovanı saxlayıb. Könül Müzəffərova uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək, onların ümumilikdə 55 min manat pulunu ələ keçirib.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ceyhun Əsgərov da saxlanılıb.
O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə, ümumilikdə 3 milyon manatdan artıq zərər vurub.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:50]
İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur
- 19.06.2026 [11:48]
Xaçmazda ev yanıb VİDEO
- 19.06.2026 [11:46]
Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub
- 19.06.2026 [11:41]
Culfada yanğın zamanı xəsarət alan qadın ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]