Xaçmazda vətəndaşların müraciətləri dinlənilib
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini icra edən Mübariz Qurbanlı Xaçmazda vətəndaşlarla görüşüb.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə tər çiçəklər qoyularaq xatirəsi ehtiramla yad olunub.
Görüşdə vətəndaşların İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların fəaliyyəti və digər məzmunlu müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş görüşdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.