XALÇA MUZEYİNİN AÇILIŞI
Azərbaycan Prezidenti İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
150 kvadratmetr sahəsi olan bu muzeydə, əsasən, müxtəlif çeşnili Quba, Dərbənd, Şirvan xalçaları, xalq sənəti nümunələri nümayiş etdirilir. Burada yerli sənətkarlar tərəfindən toxunan xalçalar da toplanmışdır. Ekspozisiyada yüzə yaxın xalça və xalça məmulatı vardır. Yerli sakinlər də bu sənət növü ilə bağlı əl işlərini muzeyə təqdim edirlər.
Dövlətimizin başçısı muzeyin ekspozisiyası ilə yaxından tanış oldu. Prezident İlham Əliyevə xatirə olaraq xalça və Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoalbom hədiyyə edildi.