Xalq Artisti uşaqlar üçün konsert verib
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert keçirilib.
Baş idarədən AZƏRTAC-a bildirilib ki, konsertdə tanınmış opera ifaçısı, Xalq Atisti Fidan Hacıyeva möhtəşəm konsert proqramı ilə uşaqlara bayram əhval-ruhiyəsi bəxş edib.
Həmçinin müğənni Nüşabə Musayevanın və Fidan Hacıyevanın rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tələbələrinin çıxışları hər kəsdə xoş ovqat yaradıb.
Sonda uşaqlara müxtəlif oyunlar və viktorinalarda fərqləndiklərinə görə diplomlar təqdim olunub.