Xalq teatrları və dram dərnəkləri yeni formatlar axtarışında
Bakı, 22 may, AZƏRTAC
Mayın 23-də Yevlax şəhər Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma” mövzusunda seminar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatların müəyyənləşdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsidir.
Tədbirdə Gəncə, Bərdə, Kürdəmir, Ağdaş Regional Mədəniyyət idarələrinin nəzdindəki Mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri iştirak edəcəklər. Tədbir çərçivəsində, həmçinin Mərkəz tərəfindən hazırlanmış ssenari əsasında yeni formatda tamaşa nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:35]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]