Xanımana Əlibəylinin biblioqrafiya kitabı çap edilib
Bakı, 22 dekabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından Azərbaycan uşaq ədəbiyyatının əvəzolunmaz simalarından biri, tanınmış şair-dramaturq Xanımana Əlibəylinin biblioqrafiya kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Xanımana Əlibəylinin həyat və yaradıcılığına həsr olunmuş biblioqrafiyada görkəmli şairənin qələmə aldığı bütün əsərləri və onun haqqında yazılan materiallar yer alıb.
Ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən bu fundamental biblioqrafik göstərici 1936-2020-ci illərdə dərc olunmuş materialları əhatə edir. Göstərici “Xanımana Əlibəylinin əsərləri”, “Xanımana Əlibəyli haqqında”, “Xarici dillərdə” və “Köməkçi göstəricilər” bölmələrindən ibarətdir. Göstəricidə, həmçinin şairənin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində toplanan və qorunan şəxsi arxiv materialları da öz əksini tapıb.
Göstərici ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]