Xankəndi Yeni ilə hazırlaşır FOTO
Xankəndi, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xankəndi şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hazırlıq işləri görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işçi qüvvəsi və texnika cəlb edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr Yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.
Qeyd edək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabrın 26-dan yanvarın 4-dək Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.