DÜNYA
Xəzər dənizindəki Kaşağan yatağının mənimsənilməsi üzrə Şimali Xəzər layihəsinin dəniz və yerüstü obyektlərində avadanlıqların quraşdırılması başa çatdırılmışdır
Astana, 10 yanvar (AZƏRTAC). Qazaxıstan mətbuatının verdiyi məlumata görə Xəzər dənizindəki Kaşağan yatağının mənimsənilməsi üzrə Şimali Xəzər layihəsinin dəniz və yerüstü obyektlərində avadanlıqların quraşdırılması işləri tam başa çatdırılmışdır.
Qeyd edilir ki, mart ayında Kaşağan yatağından neft çıxarılmasına başlanacaq və iyun ayında artıq sutkada 75 min barrel neft əldə olunması planlaşdırılır. Proqnozlara görə, Kaşağan yatağında 12 milyard barrel neft ehtiyatı vardır və “qara qızıl” dənizdə yaradılmış süni adalardan istifadə edilməklə çıxarılacaqdır.
2017-ci ilədək Kaşağan yatağından sutkada 300 min barrel neft çıxarılması nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [16:49]
Vladimir Putin: Rusiyanın Xarkovu işğal etmək planı yoxdur
- 17.05.2024 [16:22]
İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb
- 17.05.2024 [16:15]
Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib
- 17.05.2024 [16:01]
test
- 17.05.2024 [15:17]
Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib
- 17.05.2024 [12:14]
Laosun şimalında böyük Budda heykəli aşkarlanıb
- 17.05.2024 [11:55]
KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb
- 17.05.2024 [11:52]