Xəzər rayonunda 45 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bakı, 31 iyul, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı qeyd olunan cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb. F.Xəlilov ifadəsində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [19:28]
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]