Xızıda şəhid kapitan Saleh Qurbanovun ailəsi ziyarət olunub
Bakı, 21 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Xızı rayonunun Giləzi qəsəbəsində şəhid kapitan Saleh Qurbanovun ailəsini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan cəsur kapitan Cəbrayıl, Xocavənd və Laçın istiqamətində igidlik göstərib.
“Qartal” ləqəbli Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Onun bir övladı yadigar qalıb. Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.