Xocalı şəhidinin anası: Ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması ədalətsizlikdir
Bakı, 26 fevral, AZƏRTAC
Bu dəhşətli faciə - Xocalı soyqırımı dünyada tanınacaq, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında gec-tez cavab verməli olacaqlar.
Bunu AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən şəhid Məzahir Əbilovun anası Qənirə Əbilova deyib.
O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu qətliama beynəlxalq aləmdə siyasi-hüquqi qiymətin verilməməsi ədalətsizlikdir.
Şəhid anası qəsbkar Ermənistanın tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını xoşluqla, ya da zor gücünə geri qaytarmağa məcbur olacağını, şəhidlərimizin qanının yerdə qalmayacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]