Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Serbiyada, Bosniya və Herseqovinada, Monteneqroda anma mərasimləri keçirilmişdir

Belqrad, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, fevralın 26-da Azərbaycanın Serbiyadakı səfirliyi, eləcə də Bosniya və Herseqovinada və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.

Səfirlikdə keçirilən tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, ölkə ictimaiyyəti, burada təhsil alan azərbaycanlılar, jurnalistlər və müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Səfir Eldar Həsənov erməni millətçilərinin dövlətimizə və xalqımıza qarşı irəli sürdükləri ərazi iddiaları, törətdikləri cinayətlərindən danışmışdır. Vurğulanmışdır ki, 1918-ci ildə Bakıda, Salyanda, Lənkəranda, Xaçmazda, Qubada, Şamaxıda və digər bölgələrimizdə ermənilər tərəfindən kütləvi qırğınlar törədilmiş, 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımız zorla ata-baba yurdlarından didərgin salınmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ətraflı məlumat verən Eldar Həsənov qeyd etmişdir ki, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti artıq Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Xocalı faciəsi Azərbaycan tarixində ən qanlı hadisələrdən biridir. Erməni silahlı dəstələri tərəfindən dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilmiş və əsir götürülən insanlar isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmışlar.

Tədbirdə, həmçinin 2013-cü il fevralın 25-də Serbiya parlamentinin gündəliyinə daxil edilmiş “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Qətnamə” layihəsi barədə məlumat verilmiş, onun mətninin Serbiya parlamentinin saytında yerləşdirildiyi bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, bu təşəbbüs Azərbaycan və Serbiya arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir.

Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.

Faciəni əks etdirən fotostend ilə tanış olan tədbir iştirakçıları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasına, təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, diaspor təşkilatlarımıza ünvanlanan Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanatın mətni ilə tanış edilmişlər.

Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz, müvafiq bəyanatın mətni, habelə Xocalı sakinlərinin beynəlxalq təşkilatlara, o cümlədən Haaqa məhkəməsinə müraciətləri barədə məlumat Serbiyanın, Bosniya və Herseqovinanın və Monteneqronun dövlət və hökumət orqanlarına, parlamentlərinə, QHT-lərinə, bu ölkələrdə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.

Serbiyanın “Region World Wide” jurnalında Eldar Həsənovun müsahibəsi dərc edilmişdir. Diplomat müsahibəsində Azərbaycan-Serbiya münasibətləri, ölkəmizin sürətli inkişafı, xalqımızın məruz qaldığı, bəşəriyyət əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında danışmışdır.

Bununla yanaşı, Serbiyanın “RTS” dövlət televiziya kanalında Xocalı soyqırımına həsr olunmuş veriliş efirə getmiş, səfirlik tərəfindən www.khojaly.rs və www.xocali.rs internet ünvanları alınaraq, bu saytlarda ingilis və serb dillərində Xocalı qətliamı ilə bağlı materiallar yerləşdirilmişdir.

Fevralın 26-da Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilmiş anma mərasimində Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci il fevralın 24-də açılmış Sarayevo şəhərində, Dobrinya çayı sahilində yerləşən Azərbaycan- Bosniya və Herseqovina dostluq parkında Xocalı və Srebrenitsa soyqırımlarını əks etdirən memorial kompleksi ziyarət etmiş, buradakı abidənin önünə tər çiçəklər düzmüşlər.

Diplomatik nümayəndəliyimizdə davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanatı oxunmuşdur.

Çıxış edənlər bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu və bu soyqırımını bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi dəyərləndirmişlər. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən memorial kompleksin yaradılmasının, adıçəkilən kompleksdə “Xocalı soyqırımının qurbanlarının xatirəsinə (Azərbaycan, 25-26 fevral 1992-ci il)” sözlərinin həkk edilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğu bildirilmişdir. Vurğulanmışdır ki, Bosniya və Herseqovina Xocalı soyqırımı qurbanlarının xatirəsini özündə əks etdirən bütöv memorial kompleksin yaradıldığı ilk ölkədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əməli nəticəsi olaraq, Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı ilə bağlı rəsmi sənədin - “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamənin qəbul olunması bu qanlı faciəyə verilən hüquqi-siyasi qiymətin bariz göstəricisi kimi dəyərləndirilmişdir. Diplomatik nümayəndəlik tərəfindən www.khojaly.ba və www.xocali.ba internet səhifələri açılmışdır.

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən fevralın 26-da Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Podqoritsada akkreditə olunmuş diplomatik korpusun, “Türk Hava Yolları”nın, “Yunus Əmrə Vakfı”nın, bu ölkədə yaşan Azərbaycan və Türk icmalarının nümayəndələri iştirak etmişlər.

Bununla yanaşı, Monteneqronun geniş izləyici kütləsinə malik “Prvatv” telekanalında Xocalı soyqırımı haqqında müsahibə və videomaterial nümayiş olunmuş, “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası üzrə yerli əlaqələndirici müəyyən edilmişdir. Həmçinin Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin icraçı direktoru Hanna İzotavanın “Pobejda” qəzetində Xocalı faciəsi ilə bağlı məqaləsi dərc edilmiş, khojaly.me və xocali.me internet səhifələri açılmışdır.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib