Azərbaycan Dövlət İnformasiya Agentliyi

XUDATDA SƏRHƏDÇİLƏR ÜÇÜN YAŞAYIŞ ŞƏHƏRCİYİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Dekabrın 7-də Xudat şəhərində sərhədçilər üçün tikilmiş yaşayış şəhərciyinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali baş komandana raport verdi.

Şəhərciyin həyətindəki lövhənin üzərində “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin Sərəncamına əsasən bu yaşayış şəhərciyi 2006-cı ildə salınmışdır” sözləri yazılmışdır.

Şəhərciyin həyətinə toplaşan sərhədçilər və onların ailə üzvləri Prezidenti hərarətli alqışlarla salamladılar.

Prezident İlham Əliyev şəhərciklə yaxından tanış oldu, ayrı-ayrı mənzillərə baxdı, yaradılan şəraitlə maraqlandı. Məlumat verildi ki, respublikada ilk dəfədir belə şəhərcik salınmışdır. Burada ikimərtəbəli binalarda 66 mənzil vardır. Mənzillər Xudat sərhəd dəstəsinin Xudat zastavasında xidmətdə fərqlənən zabitlərə verilir. Gələcəkdə digər bölgələrdə də bu cür şəhərciklər inşa ediləcəkdir. Şəhərciyin həyətində sakinlərin və uşaqların istirahəti üçün də gözəl şərait yaradılmışdır.

Dövlətimizin başçısının adından hər bir mənzilə rəngli televizor hədiyyə olundu.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İLHAM ƏLİYEV sərhədçiləri əlamətdar hadisə münasibətilə təbrik edərək dedi:

-Bu gün sizin üçün bu gözəl evlərin istifadəyə verilməsini bir yerdə qeyd edirik. Yaşamaq üçün, işləmək üçün, xidməti vəzifələri yerinə yetirmək üçün hər cür, ən yüksək şərait var.

Azərbaycanda Sərhəd Qoşunlarının möhkəmlənməsi prosesi uğurla davam edir. Bizim sərhədlərimiz möhkəmlənir, sərhədçilərin xidməti şəraiti yaxşılaşır. Əmək haqları artırılır və bundan sonra da artırılacaqdır. Mənzil şəraiti yaxşılaşır. Bir sözlə, dövlət sizin gözəl, hər bir şəraitlə təmin olunmağınız üçün əlindən gələni edir. Siz də dövlətin hüdudlarını qoruyursunuz və qorumalısınız.

Azərbaycanın artan iqtisadi potensialı, siyasi önəmi əlbəttə, bizi məcbur edir ki, öz sərhədlərimizi daha da yüksək səviyyədə qoruyaq. Mən demişəm, bir də demək istəyirəm ki, bizim sərhədlərimiz dostlar üçün, əməkdaşlıq üçün açıqdır. Amma bizim sərhədlərimiz düşmənlər üçün, təxribatlar üçün bağlıdır və bağlı da olmalıdır. Azərbaycanın təhlükəsizliyi, iqtisadi təhlükəsizliyi, bütövlükdə ölkəmizin təhlükəsizlik şəraitində yaşaması o cümlədən sərhədçilərin fəaliyyətindən asılıdır. Bir daha demək istəyirəm ki, son illər ərzində Sərhəd Qoşunlarında gedən proseslər çox müsbətdir. Həm peşəkarlıq artır, həm də maddi-texniki baza möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində yeni zastavalar yaradılır. Onlar ən müasir texnika ilə, bütün lazımi avadanlıqla, vasitələrlə təmin olunur ki, bizim sərhədlərimiz ən yüksək səviyyədə qorunsun. Bu proses davam edir. Əsas kapital qoyuluşu məsələləri yəqin ki, gələn il və 2008-ci ildə öz həllini tapacaqdır. Biz lazımi vəsaiti ayırırıq, ildən-ilə sizin büdcəniz artır və siz də bu vəsaitdən səmərəli istifadə edirsiniz. Mən çox şadam ki, Sərhəd Qoşunlarının uğurlu fəaliyyəti Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.

Təxribat məqsədi ilə Azərbaycana gəlmək istəyən müxtəlif qüvvələrin qarşısı sərhədçilər tərəfindən alınmışdır. Quldur dəstələri zərərsizləşdirilmişdir. Siz bundan sonra da öz vəzifə borclarınızı şərəflə yerinə yetirməlisiniz.

Bir daha demək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali baş komandanı kimi mən bütün Silahlı Qüvvələrə diqqət göstərirəm. O cümlədən Sərhəd Qoşunlarının təkmilləşməsi, fəaliyyəti və gələcək inkişafı üçün də əlimdən gələni əsirgəmirəm. Bundan sonra da sərhədçilərin ən gözəl şəraitlə təmin olunması prosesi daha da sürətlə gedəcəkdir. Bu gözəl evlərdə siz rahat yaşayacaqsınız. Yaşamaq üçün hər cür şərait var. Xidmət etmək üçün də hər cür şərait var və belə də olmalıdır. Yaxşı iş şəraiti, yaxşı məişət şəraiti var və bundan sonra daha da yüksək səviyyədə olacaqdır.

Azərbaycanın iqtisadi durumu yaxşılaşır, maddi imkanları artır, bizim iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf edir. Bu, bir tərəfdən, ölkəmiz qarşısında duran vəzifələrin həlli üçün imkan yaradır, digər tərəfdən, - onu da siz bilirsiniz və bilməlisiniz, - əlbəttə ki, Azərbaycana xaricdən olan marağı da artırır. Əgər o maraq xoş niyyətlidirsə, biz bunu alqışlayırıq. Amma bəzi hallarda Azərbaycanın artan imkanları xoşagəlməz hadisələr törətmək istəyən ünsürləri də cəlb edir. Bu, hər yerdə belədir. Harada iqtisadi inkişaf, irəliləyiş var, orada iş görmək istəyən insanların sayı artır. Eyni zamanda, bu, pis niyyətlə gəlmək istəyənlərin sayını da artıracaqdır. Ona görə siz sərhədləri çox yüksək səviyyədə qorumalısınız.

Mən sizə bu fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram. Arzu edirəm ki, siz bu gözəl evlərdə xoşbəxt yaşayasınız. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev xidməti mənzillərin orderlərini sahiblərinə təqdim etdi.

Dövlətimizin başçısı zabitlərin ailə üzvləri, o cümlədən uşaqları ilə görüşüb söhbət etdi, şəhərcikdə yaşayanların vəziyyəti, uşaqların təhsilləri ilə maraqlandı. Balaca uşağın söylədiyi şeir maraqla qarşılandı.

Yeni mənzil alanlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir