Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya mətbuatında
Bakı, 1 oktyabr, AZƏRTAC
İrlandiyanın nüfuzlu “EU Reporter” mədəniyyət və xəbər portalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edən “Xurşidbanu Natəvan – Qarabağ xanlığının sonuncu şahzadəsi” sərlövhəli məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən bildirilib. Məqalənin müəllifi Mərkəzin Böyük Britaniya və İrlandiya ilə əlaqələr üzrə koordinatoru Nərmin Həsənova, sənətkarın mətndə təqdim olunan “Yanar canım, oğul, daim sənin nari-fəraqında”, “Ey dust, yararmı böylə iqrar?”, “Ey güli-susən, səni bir natəvan çəkmiş məgər?” şeirlərinin tərcümə müəllifi isə tanınmış ingilis tərcüməçisi Dorian Rottenberqdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Abay Kunanbayev, Robert Berns, Anni Erno, Con le Karre kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]