XVI Avropa Gənclər Yay Olimpiya Festivalının vaxtı dəyişdirilib
Bakı, 8 may, AZƏRTAC
Slovakiyada 2021-ci ildə keçirilməsi planlaşdırılan Avropa Gənclər Yay Olimpiya Festivalı 2022-ci ilə təxirə salınıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin mətbuat xidməti məlumat yayıb. Festival 2022-ci il iyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək. Yarışın əvvəlcə 2021-ci il iyulun 25-dən 31-dək keçirilməsi planlaşdırılırdı. Festival təşkilatçıları tədbirin tarixinin Tokio Yay Olimpiya Oyunları ilə üst-üstə düşməməsi üçün onu təxirə salmağı qərara alıblar.
Slovakiyada keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 50 ölkəni təmsil edəcək 3 minə yaxın idmançının iştirakı planlaşdırılır. Festival 1991-ci ildən təşkil olunur və hər iki ildən bir keçirilir.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2019-cu ildə XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]