“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından oğurluq edən şəxslər saxlanılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinə cari il sentyabrın 29-dan oktyabrın 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23 min manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8 min manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan - G.Əliyev və Q.Qasımov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.