YANVAR-MART AYLARINDA ƏHALİNİN ADAMBAŞINA GƏLİRLƏRİ 486,3 MANAT OLMUŞDUR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-mart aylarında əhalinin adambaşına gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz artaraq 486,3 manat (576,8 ABŞ dolları) təşkil etmişdir. Bu dördə hər ay adambaşına orta hesabla 162,1 manat (192,3 dollar) məbləğində gəlir düşmüşdür ki, bu da ötən ildəkindən 38,9 manat çoxdur.
Rüb ərzində ölkə əhalisinin 4,1 milyard manatlıq gəlirlərinin 69,5 faizi son istehlak xərclərinə, 8,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə xərclənmiş, 21,7 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 3,8 milyard manat və ya əvvəlki ildəkindən 1 milyard manat çox vəsait qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]