Yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsində 2,6 faiz artım olub
Bakı, 25 aprel, AZƏRTAC
2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz artaraq, 8,5 milyard manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat rübündə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 289,2 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8 manat çox əmtəə alıb.
Həmçinin birinci rübdə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,0 faiz üstələyərək 4304,1 milyon manata çatıb.
Hesabat rübündə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]