Yanvarda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 3 faiz artıb
Bakı, 25 mart, AZƏRTAC
Yanvarda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əməkhaqqı neft sektorunda 3129,2 manat, qeyri-neft sektorunda 458,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 394,2 manat, özəl müəssisələrdə isə 695,0 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]