YAP Masallı rayon təşkilatı Gənclər Birliyi onlayn konfransı keçirib
Masallı, 29 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Masallı rayon təşkilatının Şura üzvlərinin iştirak etdiyi videokonfransda çıxış edən partiyanın Gənclər Birliyinin sədri Bəxtim Qarayev koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb.
Videokonfransda çıxış edənlər gənclərə pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə diqqətlə yanaşmağı, “Evdə qal!” çağırışına özlərinin və yaxınlarının həssaslıqla yanaşmalarının vacibliyini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]