YAP XAÇMAZ RAYON TƏŞKİLATININYENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Prezident İlham Əliyev müasir üslubda tikilən binanın rəmzi açılışını bildirən lenti kəsdi.
İkimərtəbəli binada ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yeni, müstəqil Azərbaycan uğrunda mübarizəyə qoşulan, tez bir zamanda cəmiyyətdə öz dəst-xətti, siyasi fəaliyyəti ilə seçilən və iqtidar partiyasına çevrilən YAP-ın keçdiyi yolu, ulu öndərin, əbədiyaşar Prezidentin fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillər asılmışdır.
Dövlətimizin başçısı fotoşəkillərə maraqla baxdı və ulu öndər Heydər Əliyevin sədrliyi və rəhbərliyi ilə keçirilən YAP qurultaylarının, iclaslarının materiallarından ibarət xüsusi guşənin yaradılmasının vacibliyini bildirdi.
Sonra iclas salonunda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rayon təşkilatının fəalları ilə görüşü oldu. Dövlətimizin başçısı YAP-ın bugünkü və gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü, mülahizələrini bildirdi, qarşıda duran vəzifələr barədə tövsiyə və tapşırıqlarını verdi.