Yaponiya, ABŞ və Avstraliya təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək
Tokio, 3 iyun, AZƏRTAC
Yaponiya, ABŞ və Avstraliyanın müdafiə nazirləri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklərini və Cənub Çin dənizində status-kvonun dəyişdirilməsinə göstərilən birtərəfli cəhdlərin qarşısını alacaqlarını təsdiq ediblər.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Yaponiyanın müdafiə naziri Takeşi İvaya Sinqapurda keçirilən Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri üzrə “Şanqri-La dialoqu” çərçivəsində ABŞ-ın müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən Patrik Şanahan və Avstraliyanın müdafiə naziri xanım Linda Reynoldsla görüşüb.
Üç ölkənin müdafiə idarələrinin rəhbərləri Çinin Cənub Çin dənizində artan fəallığından narahatlıqlarını bölüşüblər.
Nazirlər status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə göstərilə biləcək müxtəlif cəhdlərin qarşısını almaq məqsədilə hazır olmaq üçün ölkələrinin birgə hərbi təlimləri davam etdirəcəklərini təsdiq ediblər. Tərəflər, eyni zamanda kosmosda və kibertəhlükəsizlik sahəsində də əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]