Yaponiya aviaşirkəti yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir
Tokio, 4 aprel, AZƏRTAC
Yaponiyanın “Japan Airlines” aviaşirkəti təyyarə ilə uçmadan, olduğunuz yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir.
AZƏRTAC xəbər verir ki, həmin şirkət tərəfindən hazırlanan virtual reallıq sistemi bu Sakit okean cənnətinə real səfər təəssüratı yaratmaqla səyahətçilərin seçiminə təsir göstərmək niyyətindədir.
Sistemdən istifadə edən gələcək səyyah qurğunun qaçış zolağına bənzəyən lenti üzərində addımlayaraq, geydiyi xüsusi eynək vasitəsilə Havay adalarındakı çimərliklərə və ya mağaralara “səyahət edir”.
Qurğu görüntüləri, eyni zamanda, buradakı çiçəklərin və torpağın iyini hiss etdirməklə nümayiş etdirir. Hətta monitorda şəlalə görünən zaman yaxınlıqdakı ventilyator işə düşərək, ətrafa kiçik su damcıları səpələyir ki, bu da səfər illüziyasına tam reallıq hissləri verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]