DÜNYA
Yaponiyada 17 metr hündürlüyündə qar divarlar arasında marşrut açılıb
Tokio, 24 aprel, AZƏRTAC
Yaponiyada 17 metr hündürlüyündə qar divarlar arasında yerləşən, qeyri-adi görünüşü ilə seçilən “Yaponiya damı” adlı turist marşrutu açılıb.
AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, təqribən 90 kilometr uzunluğunda olan marşrut Tokionun şimalında yerləşən Toyama və Naqano prefekturalarından keçir.
Marşrut boyunca ölkənin ən hündür şəlaləsi, həmçinin bəzi yerlərdə hündürlüyü 17 metrə çatan qar divar yerləşib. Bu qeyri-adi mənzərəni seyr etmək üçün həm yerli, həm də əcnəbi turistlər həmin marşruta böyük maraq göstərirlər.
Təqribən beş ay davam edən ağır hava şəraitinə görə bağlı qalan yol nəhayət açılıb və həvəskarlar Murodo yüksəkliyinə qalxaraq marşrutun ən yüksək - 2450 metr hündürlüyündən ətrafı seyr etmək imkanı qazanıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]