Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
Tokio, 28 aprel, AZƏRTAC
Aprelin 27-də Yaponiyada koronavirusa yoluxma ilə əlaqədar daha 172 hal qeydə alınıb və beləliklə bütün ölkə üzrə bu virusa yoluxanların ümumi sayı 14325 nəfərə çatıb.
AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, həmin siyahıya ölkəyə daxil olma məntəqələrində yerləşdirilmiş karantin postlarında testlərdən keçənlər, nazirliyin əməkdaşları, Çinə Yaponiyadan çarter reysi ilə dönənlər daxil ediliblər. Bununla yanaşı, həmin siyahıda “Diamond Princess” və “Costa Atlantika” kruiz laynerlərində virusa yoluxanlar da var.
Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, son məlumatlara əsasən 304 nəfərin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 407 nəfərin öldüyü, 3554 nəfərin isə sağalaraq xəstəxanaları tərk etdiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]