“YAY” qalereyasında gənc qadın rəssamların qrup sərgisi açılacaq
Bakı, 27 mart, AZƏRTAC
Martın 29-da “YAY” qalereyasında gənc rəssamlar Şahnaz Ağayeva, Aysel Əmirova, Günay Əliyeva, Leyli Qafarova, Fəxriyyə Məmmədova, Aydan Mirzəyeva, Çinarə Məcidova, Pərvanə Persiani, Şeyla Salamzadə və Leyli Salayevanın əsərlərindən ibarət “Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada” adlı qrup sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində “Chai-Khana” Beynəlxalq Media Platforması ilə birgə filmin nümayişi də nəzərdə tutulub.
Sərginin adı XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin mövcud olan hər şeyin müvəqqətiliyi, faniliyi və etibarsızlığından bəhs edən rübaisindən götürülüb. Məhsəti poeziyası, həm bəşər övladına, həm də tanrıya sevgini etiraf etməklə yanaşı, xurafat, riyakarlıq və pədərşahlığa qarşı güclü qadın etirazının ən erkən nümunələrindən biri sayılır. Sərgidə bu regionun tarixində və mifologiyasında yer almış, həm keçmiş, həm də indiki dövrün sayılıb-seçilən qadınlarından ilhamlanan gənc xanım rəssamların bu qadınlara həsr etdiyi əsərlər nümayiş etdiriləcək. Sərginin başlıca məqsədi, dövrümüzün aktual mövzuları və gender stereotiplərinin aradan götürülməsinə qarşı qadın yanaşmalarının gözəlliyini nəzərə alaraq, qadınların “etiraz səslərini” yenidən üzə çıxarmaqdır.
Sərgi iyunun 3-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]