“Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən keçirilir.
Sessiyada Həmid Araslının dahi Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli haqqında araşdırmaları mövzusunda, eyni zamanda, alimin elmi fəaliyyəti ilə bağlı məruzələr dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]