CƏMİYYƏT
Yəhudi turistlər Svaneti bölgəsində qayadan qopmuş daş parçalarının altında qalmışlar
Tbilisi, 30 iyul (AZƏRTAC). Gürcüstanın yüksək dağlıq Svaneti bölgəsinin Mestia rayonu ərazisində istirahət edən yəhudi turistlər təhlükə ilə üzləşmişlər. Mestia rayonu ərazisindəki Calaadi qayasından qopmuş daş parçaları turistlərə ciddi xəsarət yetirmişdir.
Mestia rayon icra hakimiyyətinin başçısı İlya Çaparidze bildirmişdir ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yəhudi turistlər qayadan qopmuş daş parçalarının altından çıxarılmışlar. Turistlərdən birinin üzərində cərrahiyyə əməliyyatı aparılmış, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mestia rayon xəstəxanasına yerləşdirilmişlər.
Turistlərin hamısının vəziyyəti sabitdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi